SON XƏBƏRLƏR

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı: "İranda edamlar dövlət tərəfindən icazə verilən qətllərdir”

2023.01.10, 22:45
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı: "İranda edamlar dövlət tərəfindən icazə verilən qətllərdir”

Gunaz.tv

"Royters" xəbər agentliyinin məlumatına görə, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, nümayişlərdə iştirak etmək kimi əsas hüquqlarından istifadə etdiklərinə görə xalqına qarşı edam kimi cinayət üsullarından istifadə edilməsi dövlət qətli ilə bərabərdir. 

O, həmçinin əlavə edib ki, bu edamlar beynəlxalq insan haqları qanunlarını pozur.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsinin bəyanatında həmçinin əlavə olunub ki, daha iki etirazçının edam ediləcəyi barədə məlumat alıb. Bəyanatda həmçinin 100-dən çox adamın ciddi ittihamlarla üzləşdiyi barədə xəbərdarlıq edilib.

Volker Türk bu bəyanatında bildirib ki, edam edilmiş şəxslərin işlərində ədalətli mühakimə baxımından qeyri-müəyyən cinayət müddəalarının tətbiqi, seçilmiş vəkillə görüşə icazə verilməməsi, işgəncə altında zorla etiraflar alınması və başqa bu kimi bir sıra qüsurlar var.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar