SON XƏBƏRLƏR

BMT-nin İran üzrə xüsusi məruzəçisinin mandatı ilə bağlı 37 təşkilat birgə bəyanat yaydı

2022.03.25, 10:40
BMT-nin İran üzrə xüsusi məruzəçisinin mandatı ilə bağlı 37 təşkilat birgə bəyanat yaydı

Gunaz.tv

Bəyanatda BMT-nin İnsan Haqları Şurasını xüsusi məruzəçinin mandatının vaxtının uzadılması ilə bağlı qətnamənin lehinə səs verməyə çağırış edilir.

Sənəddə BMT-nin İnsan Haqları Şurasının 49-cu sessiyasında üzv dövlətlər İranda İnsan Haqları üzrə xüsusi məruzəçi Cavid Rəhmanın səlahiyyətlərinin uzadılmasını dəstəkləməyə çağırılıb. 

Bəyanatı imzalayanlar insan haqlarının geniş və sistematik şəkildə pozulması ilə bağlı İran hakimiyyətinin toxunulmazlığını nəzərə alaraq, missiyanın müddətinin uzadılmasını zəruri hesab ediblər.

Onlar İranda azyaşlıların edam edilməsini, beynəlxalq qanunlara əsasən ağır sayılmayan cinayət əməllərinə görə məhkumlara ölüm cəzasının verilməsini beynəlxalq qanunlara zidd olduğunu bildiriblər.

Bundan əlavə, İranda İnsan Haqları üzrə xüsusi məruzəçinin əvvəlki hesabatında vurğulandığı kimi, qanunda və praktikada qadınlara və qızlara, milli, dini və ya dil azlıqlarına mənsub şəxslərə qarşı ayrı-seçkilik siyasəti yürüdüldüyünü bildiriblər.

"Belə bir şəraitdə İranda İnsan Haqları üzrə xüsusi məruzəçinin BMT-nin İnsan Haqları Şurasına monitorinq, sənəd və hesabat verməklə bağlı səlahiyyət müddətinin uzadılması həmişəkindən daha vacibdir"-deyə, bəyanat müəllifləri qeyd ediblər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar