SON XƏBƏRLƏR

Niyaməddin Orduxanlı: “İranda Güney Azərbaycan dövlətinin yaranması qaçılmazdır” (Müsahibə)

2021.10.20, 07:36
Niyaməddin Orduxanlı: “İranda Güney Azərbaycan dövlətinin yaranması qaçılmazdır” (Müsahibə)

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini, tanınmış gənc siyasətçi Niyaməddin Orduxanlıdır.

 

- Niyaməddin bəy, Bu gün İranın Azərbaycana qarşı olan münasibətinin arxasında hansı oyunlar durur?

 

- İran dövlətinin Azərbaycana olan münasibəti bu günün münasibəti deyil. Tarixən bunlar azərbaycan türklərinə qarşı düşmən münasibəti ilə davranıblar. İran Azərbaycanı öz tarixi torpaqları hesab edir. Ona görə də bizim müstəqil olmağımızı qəbul edə bilmirlər. Və yaxşı da bilirlər ki, İranda 30 milyondan artıq azərbaycan türkləri yaşayır və sabah Cənubi Azərbaycan müstəqiliyini qazansa bu, vahid Azərbaycan deməkdir. Ən əsas faktor budur. Bu səbəbdən də bunlar hətta Ermənistana bütün sahələrlə əməkdaşlıq edirlər, yardımlarını əsirgəmirlər, bir sözlə, bunu məqsədli şəkildə edirlər ki, Azərbaycan zəifləsin. Artıq İranın rəsmiləri bir az da qabağa gedərək, Azərbaycana qarşı hədə qorxu gəlirlər. Bu yaxınlarda bir–iki Ayətullahları hədə qorxu ilə müraciət ediblər. Azrəbaycanın daxili işlərinə qarışmaq istəyirlər. İranda “Səhər2” kanalı fəaliyyət göstərir. Bu kanal bütün günü dövlətimizə qarşı antikampaniya aparır. Hətta prezident İlham Əliyevin ünvanın da xoşa gəlməz fikirlər səsləndirirlər. Bu kanalı ona görə açıblar ki, Azərbaycanı təhqir etsinlər neçə ki, edirlər də. Bütün hallarda bu, heç bir çərçivəyə sıxmır.

- İranın Azərbaycana belə bir aqressiv münasibət sərgilməsi, Güney Azərbaycan türklərinin ayağa qalxmasına səbəb ola bilərmi?

 

- Məsələ ondadır ki, İran öz hakimiyyətini uzun müddət qoruyub saxlaya bilməyəcək. İranda son prezident seçkiləri bunu sübut etdi ki, cəmiyyət parçalanıb. İran İslam dövləti məhvə məhkumdur. Bunun qarşısını ala bilməyəcəklər. Ola bilsin ki, bir müddət polis rejiminin gücünə hakimiyyətlərini qoruyub saxlaya biləcəklər. İranda Cənub Azərbaycan dövlətinin yaranması qaçılmazdır. Bunun qarşısını heç bir rejim ala bilməz.

 

- Sizcə, gələcəkdə İranın Azərbaycanda islam inqilabını gerçəkləşdirməsi mümkündürmü?

 

- Azərbaycanda onların əlaltılarına adi yanaşmaq lazım deyil. Onlar artıq məscidlərdə siyasi təbliğatla məşğul olurlar. Özlərinə elektrotda formalaşdırıblar. Məscidin siyasi meydana çevrilməsi təhlükəli məqamdır. Onların Azərbaycanda inqilab etmək istəməsi çoxdankı arzularıdır. Hakimiyyət bu məsələyə ciddi yanaşmalıdır. Söhbətləşdi: Elnur Eltürk

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar