Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının dekabrın 22-də yaydığı bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, ABŞ-ın “Tempest” və “Tayfun” (Typhoon) patrul gəmiləri Ərəb dənizinin şimalındakı beynəlxalq sularda bayraqsız üzən şübhəli bir balıqçı gəmisini saxlayaraq onda yoxlama aparıblar.
Yoxlama nəticəsində İrandan yola çıxdığı və Yəməndəki husilərə silah daşıdığı məlum olan gəmidə 1400 ədəd Kalaşnikov tüfəngi və həmin silaha məxsus olan 226 min patron aşkaralanaraq götürülüb.
Qeyd edilir ki, saxlanılan gəminin 5 ekipaj heyətinin hamısı Yəmən vətəndaşlarıdır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yaydığı bəyanatın sonunda deyilir ki, balıqçı gəmidən ələ keçirilən İran mənşəli silahlar Yəmənin qanuni hökumətinə təhvil veriləcək.
A.M