SON XƏBƏRLƏR

Ankarada Türkiyə və Azərbaycanın “Qardaşlıq dastanı” təqdim olundu

2021.10.23, 08:05
Ankarada Türkiyə və Azərbaycanın “Qardaşlıq dastanı” təqdim olundu

Gunaz.tv

Türkiyə və Azərbaycan səhnə ustalarının birgə iştirakı ilə hazırlanmış “Qardaşlıq dastanı” adlı teatr və rəqs kompozisiyası tamaşaçılara Nuh tufanından Novruz törənlərinə, dastanlardan qəhrəmanlara, ozanlardan şairlərə, məğlubiyyətdən zəfərə uzanan yolu tanıdıb.

Projenin rəhbəri məşhur “Anadolu atəşi” rəqs qrupunun yetirməsi, əslən azərbaycanlı Serhat Turakdır.

“Qardaşlıq dastanı” adlı səhnə əsərində iki ölkənin dastan və hekayələri teatr və rəqslə birləşdirilib, tarixi səhnələşdirilib. 
 

12 fərqli hekayənin yer aldığı, 2 pərdədən ibarət toplam 90 dəqiqə çəkən tədbirdə teatr və rəqsin qovuşduğu möhtəşəm səhnələr təqdim olunub.


Tədbiri izləyən tamaşaçılar arasında Türkiyədə yaşayan diaspor nümayəndələri, dövlət adamları da olub. “Qardaşlıq dastanı”nın hazırlanmasına "Alagöz Holdinq" sponsorluq edib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar