SON XƏBƏRLƏR

NÖVBƏTİ TOQQUŞMA: Erməni hücumçuları itki verərək geri oturdular

2021.10.20, 07:36
NÖVBƏTİ TOQQUŞMA: Erməni hücumçuları itki verərək geri oturdular

Gunaz.tv

GünAzTv: Ermənistan silahlı birləşmələrinin təxribatı ara vermir. İyunun 21-də saat 01.45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçib. Bu barədə APA Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata əsasən xəbər yayıb. Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab verib. Erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı ordumuz da bir itki verib. 1991-ci ildə anadan olmuş, 2009-cu ilin yanvarında Cəlilabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgəri Şükürov Elgün Rafiq oğlu şəhid olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar