SON XƏBƏRLƏR

Novruz bayramı ərəfəsində Ərdəbildə əhali arasında türkcə kitablar paylanılıb - FOTOLAR

2021.10.20, 07:36
Novruz bayramı ərəfəsində Ərdəbildə əhali arasında türkcə kitablar paylanılıb - FOTOLAR

Gunaz.tv

GünAzTV: Qarşıdan gələn Novruz bayramı ərəfəsində Güney Azərbaycanın Ərdəbil şəhərində əhali arasında türkcə kitablar paylanılıb.

 

Ana dilimizin qorunması, Güney Azərbaycan türklərinin dil şüurunun artması və öz  milli kimliyiminə sahib çıxması məqsədi ilə kitab paylama kampaniyası, milli-mədəni fəalların şəxsi təşəbbüsü və vəsaiti hesabına keçirilib. Ərdəbil şəhərində geniş miqyasda əhaliyə paylanılan yüzlərlə kitab, əsasən azyaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulub. Həmin kitabların məzmununu, əsasən Azərbaycan nağılları təşkil edir. 

 

Yayılan məlumatda həmçinin qeyd olunur ki, Ərdəbilli milli-mədəni fəallar, şəhər əhalisi arasında türkcə kitab paylamaqla yanaşı, həm də, onlara ana dilini öyrənməyin və onun məktəblərdə tədris olunmasının əhəmiyyətindən danışaraq, bununla bağlı təbliğat işi də aparıblar. Bildirilir ki, Azərbaycanlı fəalların bu təşəbbüsü, yerli əhalinin, o cümlədən də uşaqların böyük sevinci ilə qarşılanıb.

 

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar