SON XƏBƏRLƏR

"Güney Azərbaycanın mis ehtiyatları talan edilir"-Məhəmməd Fərşkarandan etiraz

2022.03.02, 08:30
"Güney Azərbaycanın mis ehtiyatları talan edilir"-Məhəmməd Fərşkarandan etiraz

Gunaz.tv

Məhəmməd Fərşkaran deyib ki, Sünqun mədəninin xammalını Kirmana daşımaqla Azərbaycanın sərvətləri mənimsənilir.

"Şərqi Azərbaycan potensialı və mineral ehtiyatlar baxımından yüksək səviyyədədir və Süngun misinin əyalətdə yarada biləcəyi əlavə dəyər çox yüksəkdir.

Ancaq Sünqun mis mədəninin xammalının emal olunmadan yüklənərək başqa əyalətlətə, özəlliklə Kirmana daşınması, nəticədə Azərbaycanın sərvətlərinin əsas əlavə dəyərinin başqa əyalətlərə köçürülməsinin heç bir məntiqli açıqlaması yoxdur”-deyə, Fərşkaran bildirib.

O, Şərqi Azərbaycan əyalətində emal zavodları və ona bağlı iqtisadi müəssisələrin yaradılmasının vacibliyini, bunun əyalətdə işsizliyin aradan qaldırılmasında önəmli rol oynaya biləcəyini deyib.

“Müəyyən bir təbəqə ölkədə hakim olan qüsurlu iqtisadi mühitdən istifadə edir və əslində cəmiyyətin sərvətinin 80%-i cəmi 20%-ın əlində toplanıb.

Gəlir və mənfəətin olmasına baxmayaraq bölüşdürmə ədalətli deyil. Bunun qarşısının alınması üçün daha ciddi tədbirlər görülməli. əyalətin sərvətlərinin başqa yerlərə daşınmasına qarşı çıxılmalıdır”-deyə, İdarəetmə və Planlaşdırma Təşkilatının başçısı qeyd edib.

Qeyd edək ki, Vərziğanın Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır.

Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar