SON XƏBƏRLƏR

Enrike Mora: "Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır"

2022.03.17, 16:37
Enrike Mora: "Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır"

Gunaz.tv

O, Azərbaycanla qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.

Baş katibin müavini Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğunü, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğunu qeyd edib.

E.Mora həmçinin Azərbaycanın "Şərq Tərəfdaşlığı" Proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib. O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.

Baş katibin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyinidə vurğulayıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar