SON XƏBƏRLƏR

İnsan haqları təşkilatı BMT-nin xüsusi nümayəndəsinin İrana səfəri ilə bağlı bəyanat yayıb

2022.04.25, 08:07
İnsan haqları təşkilatı BMT-nin xüsusi nümayəndəsinin İrana səfəri ilə bağlı bəyanat yayıb

Gunaz.tv

Qurum BMT-nin insan haqları üzrə xüsusi nümayəndələrinin də İrana girişinə icazə verilməsini istəyib.

Təşkilatın bəyanatında bildirilir ki,  Elena Dohanın bu ölkəyə səfərinə icazə verməsi Tehran rejiminin siyasi oyunları əsasında həyata keçirilib. Bunun İranın sanksiyalardan əziyyət çəkməsini göstərmək üçün təşkil edildiyi qeyd olunub.

“İlərdir insan haqları fəalları BMT-nin İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhid, Xanım Əsma Cahangiri və daha sonra professor Cavid Rəhmanın İrana səfər etməsini təklif edir. İran hökuməti repressiya qurbanları ilə görüşməyə çağırır, Tehran isə buna icazə vermir.

Ancaq Tehran hökuməti indi xanım Elena Dohan İrana qarşı sanksiyaların nəticələrini araşdırması üçün bu ölkəyə səfər etməsinə icazə verib.

Əslində İran bu nümayəndənin səfərini təşkil etmək üçün uzun müddətdir səy göstərirdi. İran hökuməti bu vasitə ilə özünün insan haqları sahəsindəki pozuntularına haqq qazandırmaq niyyətindədir”-deyə, bəyanatda qeyd olunub.

İnsan haqları təşkilatı yaydığı bəyanatda İran hökumətinin qeyri-insani siyasətlərini, insan haqları pozuntularını, İran İnqilab keşikçiləri Korpusunun əməllərini bir daha izah edərək, xanım Dohanın səfəri ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın bu ölkəyə səfərinin vacibliyini bildirib.

“İran hökuməti, qadın, uşaq, milli və dini azlıqların hüquqlarını ən kobud formada pozub və bunu davam etdirir. Elena Dohan insan haqlarının pozulması məsələlərinə əhəmiyyət verməyəcəyi təqdirdə İran hökumətinin onun səfərindən su-istifadə etməsinə şərayit yaratmış olacaq”-deyə, Azərbaycan İnsan Haqları Cəmiyyətinin bəyanatının davamında vurğulanıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilən bəyanatda bildirilir ki, xanım Elena Dohan birtərəfli sanksiyaların İranda vətəndaşların insan haqlarına təsirini araşdırmaq üçün mayın 17-dən 28-dək Tehrana səfər edəcək.

Birləşmiş Millətlər Təşkilatının məruzəçisinin İrana səfəri medianın hələ də İslam Respublikası hökumətinə qarşı insan haqları üzrə xüsusi məruzəçilərdən heç birinə İrana getməsinə icazə vermədiyi və onları dəfələrlə “siyasi oyun”da ittiham etdiyi bir vaxta təsadüf edir.

Bununla bağlı Nobel Sülh Mükafatı laureatı Şirin İbadi Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı, hüquqşünas Mişel Baçeletə məktub yazıb.

Şirin İbadi məktubda ondan sanksiyalar üzrə xüsusi nümayəndənin İrana səfərini BMT İnsan Hüquqları Şurasının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın bu ölkəyə səfərinə icazə verilməsi şərti ilə əlaqələndirməyi istəyib.

“Sanksiyalar İran xalqının fəlakətli vəziyyətinin yeganə səbəbi deyil, daha önəmlisi hökumətin irimiqyaslı mənimsəmələri, rəsmilərin yanlış siyasəti və İran İslam Respublikasının Hizbullah və Yəmən Husilərinə dəstək üçün xərclədiyi pullardır”-deyə, Şirin İbadi bildirib.

O, qeyd edib ki, beynəlxalq ictimaiyyət İranda baş verənlərdən xəbərdar edilməlidir və yalnız İran hökumətinin əməllərini ifşa etməklə Tehran hökumətinin sanksiyalar məsələsindən sui-istifadə etməsinin qarşısı alına bilər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar