SON XƏBƏRLƏR

Antoni Blinken: “Amerika və Rusiya İranın nüvə razılaşmasına qayıtması üçün bir-biri ilə əməkdaşlıq edirlər”

2022.01.08, 12:17
Antoni Blinken: “Amerika və Rusiya İranın nüvə razılaşmasına qayıtması üçün bir-biri ilə əməkdaşlıq edirlər”

Gunaz.tv

O deyib ki, Amerika ilə Rusiya arasında bir sıra məsələlərdə ixtilaf və fikir ayrılığı olsa da, hər iki ölkə İranın nüvə proqramı ilə bağlı bir-biri ilə əməkdaşlıq edirlər.

“Biz tam şəkildə diplomatiyaya və onun nəticə verib-verməyəcəyi məsələsinə sadiqik. Necə də olsa Rusiya və Amerika Birləşmiş tatları bundan əvvəl də ağır gərginliklər yarandığı vaxtlarda da bir-biri ilə əməkdaşlıq ediblər. 

Biz Helsinki razılaşmasını müzakirə etmişik, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını yaratmışıq, orta mənzilli nüvə raketlərinin yayılmamasına və kütləvi silahların nəzarətdə saxlanmasına dair müqavilələr imzlamışıq.

Bunları nəzərə alaraq, hazırda isə biz, İranın 2015-ci ildə imzalanmış nüvə razılaşmasına və onun həmin razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün bir-birimizlə əməkdaşlıq aparırıq”, -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

Blinken Amerika və Rusiyanın İran məsələsi ilə bağlı apardığı birgə əməkdaşlığın detallarını açıqlamayıb.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar