SON XƏBƏRLƏR

Antoni Blinken: “Top İran meydançasındadır, fürsət başa çatmaq üzrədir”

2021.10.20, 07:36
Antoni Blinken: “Top İran meydançasındadır, fürsət başa çatmaq üzrədir”

Gunaz.tv

Antoni Blinken nüvə razılaşmasının canlandırılması üçün fürsətin başa çatmaq üzrə olduğunu deyib və İranın Vyana danışıqlarına qayıtmaqdan boyun qaçırdığını deyib.

O deyib ki, Vyanada 2015-ci ildə imzalanmış nüvə razılaşmasının canlandırılması üçün o qədər də fürsət qalmayıb.


“İndi top İran meydançasındadır, lakin uzun müddət üçün yox. Hazırda nüvə raızılaşmasını dirçəltmək üçün kiçib bir fürsət var, lakin bu fürsət də getdikcə daha kiçilir. 


Hazırda üz-üzə qaldığımız problem odur ki, İranın nüvə sazcişinin şərtlərini pozaraq, nüvə fəaliyyətini inkişaf etdirməsi, öz təsisatlarında daha imkişaf etmiş sentrifuqalar quraşdırması və uranı 60 faiz səviyyəsində zənginləşdirməyə başlaması və bu kimi fəaliyyətləri problemin həlli üçün böyük bir maneəyə çevrilə bilər.


İranlılar üç aya yaxındır ki, danışıqlardan uzaqlaşıblar. Həmin müddətdə onlar bir prezident seçkiləri keçiriblər və İranda yeni bir hökumət iş başına gəlib. Lakin hələ də Vyana danııqlarına qayıtmayıblar. 


Biz nüvə razılaşmasını imzalayan bütün ölkələrlə, o cümlədən də Çin və Rusiya ilə danışıqlar aparmışıq və güman edirəm ki, onlar da üç Avropa ölkəsi ilə birlikdə eyni fikirdədirlər. O da budur ki, nüvə müzakirələrinə qayıtmaq fürsəti daimi deyil və məhduddur. 


Bir daha bildiririk ki, top artıq İran meydançasındadır və rəemi Tehran danışıqlara qayıdıb-qayıtmamaq barədə qərar verməlidir”, -deyə ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar