SON XƏBƏRLƏR

Cənubi Xorasanda ağır yol qəzası: 5 ölü, 4 yaralı

2022.01.07, 14:29
Cənubi Xorasanda ağır yol qəzası: 5 ölü, 4 yaralı

Gunaz.tv

Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlirza Rzayi mediaya açıqlamasında deyib ki, hadisə yanvarın 6-sı yerli vaxtla saat 16:27 radələrində Qəhistan-Bircənd magistral yolunda qeydə alınıb.

“Amiko” markalı yük avtomobili qarşı istiqamətdən gələn “Prayd” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər yerindəcə həlak olub, 4 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Haırda hadisənin səbəbləri araşdırılır”, -deyə Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlirza Rzayi bildirib. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar