SON XƏBƏRLƏR

Cənubi Koreya səfirinin Tehran xəstəxanalarından birinə maska hədiyyə etməsi etirazla qarşılanıb

2021.11.02, 11:05
Cənubi Koreya səfirinin Tehran xəstəxanalarından birinə maska hədiyyə etməsi etirazla qarşılanıb

Gunaz.tv

C.Koreya səfiri Yun Kang-hyeon oktyabrın 26-da Tehranın “Atiyə” xəstəxanasını ziyarət edərək, tibb mərkəzinin rəhbərliyi ilə görüşüb və İran xalqının koronavirusa qarşı mübarizə aparması üçün xəstəxanaya 2000 ədəd “KF94” maskası hədiyyə edib.


Səfirlik daha sonra oktyabrın 31-də öz “Twitter” hesabında paylaşım səfir Yun Kank-hyeon-un xəstəxanaya ziyarətindən bir şəkilini də yayıb.


Yayılan məlumata görə, səfir Yun Kang-hyeon-nun həmin tvitinin yayılmasından sonra İrandakı bəi dairələr, hökumət saytları və bəzi sosial şəbəkə istifadəçiləri onun bu hərəkətini özlərinə qarşı təhqir adlandırıblar.


Cənubi Koreya səfirinin bu hərəkətindən təhqir olunduqlarını bildirənlər, Amerikanın tətbiq etdiyi sanksiyalar nəticəsində İranın 7 milyard dollardan çox pulunun blokadaya alınmasına toxunaraq, həmin pullarfın azad edilməsini tələb ediblər.


Məsələyə mənfi reaksiya verənlər deyiblər ki, İranın 7 milyard dollar pulu Cənubi Koreya hökuməti tərəfindən blokadaya alndığı bir vaxtda bu ölkənin səfiri Tehranın “Atiyə” xəstəxanasına 2000 ədəd maska hədiyə etməklə rəsmi Tehranın könlünü əl almağa çalışıb.


İranın “İsna” agentliyi isə bu gün “Maska istəmədik, pulumuzu qaytarın” başlıqlı yaydığı bir yazıda məsələyə münasibət bildirərək, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin səfir Yun Kang-hyeon-nun bu hərəkətinə münasibətini işıqlandırıb.


“İcazə verin bu mövzunu bir yumor və satira həddində saxlayaq.Cənubi Koreyanın əhalisi bu ölkənin hökumətinin İrana qarşı yürütdüyü siyasətindən narazı olduqlarını müxtəlif zamanlarda göstəriblər. 


Hesab edirəm ki, heç bir millət başqa bir ölkə və ya millətin əlini cibinə soxmasına dözməz. Bu pullar İran millətinindir və İran millətinə də qaytarılmalıdır”, -deyə Səid Xətibzadə bildirib.


Qeyd edək ki, bundan əvvəl İran rejimi dəfələrlə Cənubi Koreya hökumətindən bu ölkədə blokadaya almış pullarının azad edilməsini istəsə də, rəsmi Seul Amerikanın sanksiyalarından ehtiyatlanaraq, İranın bu tələbini yerinə yetirməkdən imtina edib.

Image

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar