SON XƏBƏRLƏR

Nüfuzlu siyasi təhlil mərkəzi Əhmədinejadın qələbəsinə şübhə edir

2021.10.20, 07:36
Nüfuzlu siyasi təhlil mərkəzi Əhmədinejadın qələbəsinə şübhə edir

Gunaz.tv
Londonda mənzillənmiş nüfuzlu Çatham Hauz siyasi tədqiqatlar mərkəzi və Şotlandiya universitetinin alimləri İran prezident seçkilərinin təhlilini həyata keçiriblər və belə bir nəticəyə gəliblər ki, seçkilərdə iştirak rəqəmlərində qeyri-adi meyllər ortaya çıxıb. Eləcə də onlar Mahmud Əhmədinejadın xeyrinə verilən səslərin şübhəli olduğunu elmi araşdırma ilə sübuta yetirməyə çalışıblar. Tehran rəsmilərinin izahatı bu idi ki, qeyri-adi fəallıq adətən səsverməyə getməyən adamların gedib Əhmədinejada səs verməsi ilə nəticələnib. Araşdırma müəllifləri İran prezident seçkilərinə dair rəsmi məlumata nəzər salıblar və bir sıra sürprizlər ortaya çıxarıblar. İran Daxili İşlər Nazirliyinin məlumatına görə iki əyalətdə iştirak 100 faiz olub. Daha dörd əyalətdə isə 90 faizdən çox. Sent Əndrüz Universiteti və Çatham Hauzun təhlilçiləri rəsmi nəticələrin təsnifatını aparıblar. Onlar səsvermədə gözlənilməz fəallıqla Mahmud Əhmədinejada dəstəyin kəskin surətdə artması arasında əlaqə müəyyən edə bilməyiblər. Mahmud Əhmədinejadın elan edildiyi kimi 60 faizdən çox səs toplaması üçün o, bütün mühafizəkar səsləri, ilk dəfə seçkilərə gedənlərin hamısının səsləsini, üstəlik islahatçılara verilən səslərin 40 faizini, İranın bütün əyalətlərinin üçdə birində udmalı idi. İki siyasi düşərgə arasında son on ildə gedən kəskin mübarizə nəzərə alınarsa, Əhmədinejadın belə bir zəfər əldə etməsi, araşdırma müəlliflərinin təbirincə, "ən azı problematikdir." Araşdırmanın müəlliflərindən biri Tomas Rintoul izah edir: "Bizim apardığımız hesablamalar göstərir ki, 30 əyalətdən 10-dan gələn rəsmi nəticələr inanılmazdır. Onların həqiqi olması üçün, ya gərək əhali son 4 ildə gözlənilmədən Əhmədinejada o dərəcədə aşiq olaydı ki, ona bu cürə qeyri-mümkün dəstək qazandıraydı. Ya da saxtakarlıq baş verməli idi." Təhlilçilər etnik azlıqların Əhmədinejada böyük dəstək vermələrinə diqqət çəkirlər. Onlar deyirlər ki, belə bir meyl ələxüsus ağlabatan deyil. Bundan əvvəlki statistika da Əhmədinejadın kənd yerlərində o qədər də populyar olmadığını göstərirdi. Hesabat belə bir nəticəyə gəlir ki, bu uyğunsuzluq Mahmud Əhmədinejadın seçkilərdə həqiqətən böyük üstünlüklə qalib gəlməsi mümkünlüyünə dair dərin şübhələr yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar