Dünyada ən çox Əfqanıstanda uşaqlar müharibədən zərər çəkib

02.01.2022, 11:49

2020-ci ildə dünyada uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 26 425 fakt qeydə alınıb.

Gunaz.tv Quote | Gunaz article

2021-ci ilin birinci rübünün ilkin məlumatlarına görə, belə halların sayı bir qədər azalıb, lakin uşaqların oğurlanması və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarının sayı həyəcan verici sürətlə artmaqda davam edib - belə cinayətlər müvafiq olaraq, 50 və 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Bu məlumatı BMT-nin mətbuat xidməti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (YUNİSEF) istinadən yayıb.

Ən çox adam oğurluğu Somali və Konqo Demokratik Respublikasında (KDR) baş verib. Uşaqlara qarşı cinsi zorakılıq hallarının sayına görə Konqo Demokratik Respublikası, Somali və Mərkəzi Afrika Respublikası (CAR) birincidir.

Döyüş əməliyyatlarından ən çox zərər çəkən uşaqların sayı isə Əfqanıstanda aşkarlanıb - 28,5 min. Bu, dünya üzrə belə pozuntuların ümumi sayının 27 faizini təşkil edir. Məktəb və xəstəxanalara edilən hücumların sayına görə Yaxın Şərq və Şimali Afrika ölkələri üstünlük edir.

Yəməndə 2015-ci ilin martından bu günə kimi 10 000 uşaq öldürülüb və ya şikəst edilib. Bu, hər gün ərzində dörd uşağın ölümü deməkdir. Burkina Faso, Kamerun, Kolumbiya, Liviya, Mozambik və Filippində də uşaqlar hər gün əziyyət çəkirlər.

2020-ci ildə müharibədən sonra qalanlar da daxil olmaqla partlayıcı qurğuların işə düşməsi nəticəsində 3,9 mindən çox uşaq həlak və ya şikəst olub.

Qeyd edilir ki, çox vaxt bir qanun pozuntusu digərinə gətirib çıxarır: məsələn, 37 faiz hallarda uşaqlar qaçırılıb, sonra zorla silahlandırılıb. Bu təcrübə xüsusilə Somali, KDR və CAR-da dərin kök salıb.

YUNİSEF dünyadakı bütün münaqişə tərəflərini hərbi əməliyyatlara məruz qalmış uşaqların hüquqlarını qorumaq üçün konkret tədbirlər görmək barədə rəsmən öhdəlik götürməyə çağırıb.

2005-ci ildən bəri münaqişə tərəfləri cəmi 37 belə öhdəlik imzalayıblar ki, bu isə hədsiz aşağı rəqəmdir. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Suriyada daha bir SEPAH zabiti öldürüldü

2023-04-02

gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01