SON XƏBƏRLƏR

Güneyli idmançı xanım ev dustaqlığındadır

2022.10.22, 08:00
Güneyli idmançı xanım ev dustaqlığındadır

Gunaz.tv

Elnaz Rikabiyə yaxın şəxslər xarici mediaya verdikləri məlumatda güneyli idmançının Seulda keçirilən yarışlara qatılmasından öncə İran Alpinizm Federasiyası ondan 1 milyard tümən dəyərində çek və 10 milyard tümən dəyərində ev sənədi girov alıblar.

Bununla yanaşı sosial mediada Seuldakı yarışlarda hicabsız çıxış etməsi və bundan peşmanıq duyması ilə bağlı zənganlı idmançı adından yayılan mesajın ona aid olmadığı, Elnaz Rikabinin telefon və nömrəsinin əlindən alındığı  bldirilib.

O, İrana qaytarıldıqdan sonra təhlükəsizlik məmurlarının nəzarəti altında olub və dünya mediasında əks-səda doğuran hərəkətinin yanlış olduğunu bildirməsi üçün İranın idman və gənclər naziri ilə görüşdürülərək fotosu yayılıb.

Qeyd edək ki, Azərbaycanlı idmançı və qayayadırmanma üzrə qadınlardan ibarət milli komandanın üzvü olan tanınmış idmançı Elnaz Rekabi beynəlxalq yarışda hicabsız çıxış etdiyi üçün təzyiqlərə məruz qalıb.

O, baş örtüyü olmadan yarışa qatılmaqla İranda hökumətin tətbiq etdiyi məcburi hicab qaydasına, molla rejimi tərəfindən qadınların öldürülməsi və həbsinə etiraz edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar