SON XƏBƏRLƏR

Co Bayden Yair Lapidə: "İsraili İrana qarşı müdafiəsiz buraxmayacağıq"

2022.09.06, 05:56
Co Bayden Yair Lapidə: "İsraili İrana qarşı müdafiəsiz buraxmayacağıq"

Gunaz.tv

O əlavə edib ki, Co Bayden telefon danışığında Yair Lapidə “Biz heç vaxt İsrailə mane olmayacağıq. Biz İranın təhlükəsindən xəbərdarıq” deyib.

İsrail mediasının məlumatına görə, Amerika səfiri onu da əlavə edib ki, Bayden İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəliyini təkrarlayıb.

Nides Amerikanın İranın nüvə probleminin diplomatik həllində maraqlı olduğunu, ancaq yalnız Avropa Birliyinin Hərtərəfli Birgə Fəaliyyət Planının canlandırılmasına dair saziş layihəsinin şərtlərinə əsaslandığını söyləyib.

"Amerika İranla razılaşmaya Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın elan olunmamış nüvə obyektlərində aşkar edilmiş zənginləşdirilmiş uran izləri ilə bağlı təhqiqatının bağlanmasına imkan verməyəcək"-deyə, səfir bildirib.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar