SON XƏBƏRLƏR

Co Bayden: “ABŞ İranın pilotsuz uçan aparatlarının hücumlarına cavab verəcək”

2021.11.01, 08:34
Co Bayden: “ABŞ İranın pilotsuz uçan aparatlarının hücumlarına cavab verəcək”

Gunaz.tv

İranın pilotsuz uçan təyyarələrinin regionda Amerikanın mənafeyinə qarşı hücumlarına toxunan Bayden deyib ki, Vaşinqton İranın ölkəsinin regional maraqlarına qarşı həyata keçirdiyi dağıdıcı hərəkətlərini cavabsız qoymayacaq.


Co Bayden bu barədə oktyabrın 31-də İtaliyanın paytaxtı Romada keçirilən “Böyük iyirmiliyin” (G20) liderlərinin sammitinin başa çatmasından sonra jurnalistlərlə görüşündə açıqlama verib.

“Biz İranın Amerika Birləşmiş Ştatların mənafeyinə qarşı apardığı istənilən təxribat xarakterli əməllərinə və onun pilotsuz uçan aparatlarının bizim maraqlarımıza qarşı hücumlarına cavab verəcəyik”, -deyə ABŞ prezidenti Co Bayden bildirib.


ABŞ prezidenti həmçinin dünya güclərinin Vyanada İranla apardığı nüvə danışıqlarına işarə edərək, rəsmi Tehranın yarımçıq qalmış müzakirələrə qayıtmaqdan boyun qaçırmasına da münasibət bildirib.


“Hesab edirik ki, nüvə razılaşmasının yenidən canlandırılması üçün Vyanada danışıqların aparılması İranın rəftarından asılıdır. 


Şübhə yoxdur ki, İran nüvə danışıqlarına qayıtmayacağı təqdirdə böyük iqtisadi ziyanlara və əlavə sanksiyalara məruz qalacaq.


Mən, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri ilə keçirdiyim görüşlərdə İranın nüvə proqramını müzakirə edərkən belə qənaətə gəlmişik ki, İran İslam Respublikasının atom bombası istehsal etməsinin qarşısını almaq üçün ən yaxşı yol və variant diplomatiyadır”, -deyə Co Bayden əlavə edib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar