SON XƏBƏRLƏR

Co Bayden İrana qarşı “Milli Fövqəladə Vəziyyət” rejiminin vaxtını daha 1 il müddətinə uzadıb

2021.11.10, 11:40
Co Bayden İrana qarşı “Milli Fövqəladə Vəziyyət” rejiminin vaxtını daha 1 il müddətinə uzadıb

Gunaz.tv

Ağ Evin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, Amerika ilə İranın münasibətləri hələ də normallaşmadığından İrana qarşı “fövqəladə vəziyyət”lə bağlı 1979-cu ilin noyabrından müəyyən edilən proses davam edəcək.


Ağ Evin bəyanatında ilk dəfə 14 noyabr 1979-cu ildə qəbul edilən 12170 saylı icra sərəncamına istinad edilib.


Sözü gedən icra sərəncamı isə ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin prezidentliyi dövründə və ABŞ-ın Tehrandakı səfirliyinin işğalından 10 gün sonra verilib. 


ABŞ səfirliyi 1979-cu il noyabrın 4-də “İmam xəttinin davamçıları” adı ilə tanınan molla rejiminə bağlı ekstremist “Hizbullah”çı tələbələr tərəfindən işğal edilib.


 Amerikanın Tehrandakı səfirliyinin girov götürülmüş diplomatlarının azadlığa buraxılması məqsədilə 1981-ci ildə Əlcəzayirdə imzalanan razılaşmadan sonra 444 gün əsarətdə saxlanılan amerikalı diplomatlar azadlığa buraxılaraq vətənlərinə qayıtdılar.

 
İrana qarşı “Milli Fövqəladə Vəziyyət” rejimi 1979-cu il, noyabrın 14-də, yəni Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından 10 gün sonra tətbiq edib. Həmin tarixdən başlayaraq, ABŞ prezidentləri hər il  fövqəladə vəziyyət rejiminin  müddətini uzadır və İrana qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayır.

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar