“Amerika İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”- Prezident Co Bayden

10.02.2022, 14:25

Amerika prezidenti Co Bayden Səudiyyə Ərəbistanı kralı Salmanla telefon danışığında İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Fevralın 9-da Ağ Evin yaydığı bəyanata görə, Amerika prezidenti və Səudiyyə kralı müxtəlif mövzuları, o cümlədən İran tərəfindən dəstəklənən qrupların yaratdığı təhlükə, İranın nüvə proqramı və enerji təchizatını müzakirə ediblər.

Bayden telefon danışığında İran İslam Respublikasının nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini bildirməklə yanaşı, Səudiyyə Ərəbistanı kralını Avstriyanın paytaxtı Vyanada İranla aparılan danışıqları haqqında məlumatlandırıb.

Ağ Evin bəyanatında habelə qeyd olunub ki, Amerika prezidenti Səudiyyə kralı ilə regional narahatlıqlar, o cümlədən İranın dəstəklədiyi husilərin hücumları barədə danışıb. 

Cənab Bayden Səudiyyə kralına deyib ki, Amerika husilərin hücumlarına qarşı xalqını və suverenliyini müdafiə edən Səudiyyə Ərəbistanına və BMT-nin Yəməndəki müharibəni bitirmək səylərinə dəstək vermək öhdəliyinə sadiqdir.

“Əl-Ərəbiyyə” kanalının verdiyi məlumata görə, Səudiyyə kralı Amerika prezidentinə onun ölkəsinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq səylərini dəstəklədiyini bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

2022-08-16

gun az article

Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü

2022-08-16

gun az article

QHT-lərə Dövlət Dəstəyi Agentliyi müsabiqədə qalib gəlmiş təşkilatlarla görüş keçirib

2022-08-16

gun az article

“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev

2022-08-16

gun az article

Quba və Şabran rayonlarının meşə ərazisində yanğın başlayıb

2022-08-16

gun az article

Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

2022-08-16

gun az article

İranda yenidən su üsyanı başlaya bilər

2022-08-16

gun az article

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı mina sahəsi aşkarlanıb

2022-08-16

gun az article

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub –Yanğın davam edir

2022-08-16

gun az article

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022-08-16

gun az article

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022-08-16

gun az article

"Ağalar bilmədi birdir bu torpaq..."- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

2022-08-16

gun az article

Latviya Ukraynaya 4 helikopter göndərdi

2022-08-16

gun az article

İran Ermənistanla birgə təlimlər keçirir

2022-08-16

gun az article

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

2022-08-16

gun az article

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022-08-16

gun az article

“Biz imitasiya yox, real nəticələr görmək istəyirik” – XİN rəsmisi

2022-08-15

gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15