SON XƏBƏRLƏR

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib

2022.10.31, 15:51
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib

Gunaz.tv

 Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:

- Hörmətli İlham Heydər oğlu!

Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. 

Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.

Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. 

Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.

Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. 

Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.

Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar