SON XƏBƏRLƏR

Obama administrasiyası İran Adlanan yerin diplomatlarına göndərdiyi dəvətini geri götürüb

2021.10.20, 07:36
Obama administrasiyası İran Adlanan yerin diplomatlarına göndərdiyi dəvətini geri götürüb

Gunaz.tv
Obama administrasiyası İran diplomatlarının iyul ayının 4-ü Müstəqillik günü münasibəti ilə Amerika səfirliklərinə dəvətini geri götürüb. Ağ Evin sözçüsü Robert Qibbs dəvətin ləğvini İranda prezident seçkilərindən sonrakı zorakılıqlarla izah edib. ABŞ-ın dövlət katibi Hillari Klinton Amerika diplomatları və departament işçilərinə dəvətnamələrin geri götürülməsinə nəzarət edilməsini tapşırıb. Xanım Klinton vəziyyətin dəyişməsinə görə təəssüfünü bildirib və hazırkı durumda İran diplomatları ilə görüşlər keçirilməsinin yersiz olduğunu deyib. Bu arada ABŞ prezidenti Barak Obamanın İran seçkilərindən əvvəl ali ruhani rəhbər Ayətulla Əli Xameneyiyə məktub ünvanlanmasına dair məlumat təsdiq edilib. Məktubda prezident Obama Amerikanın İranla münasibətlərinin yaxşılaşdırılmasında marağı olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar