SON XƏBƏRLƏR

Robert Mali Tehrana xəbərdarlıq etdi: “İran nüvə silahı istehsalına yaxınlaşsa Amerika sakit oturmayacaq, kəskin reaksiya verəcək”

2021.11.25, 10:35
Robert Mali Tehrana xəbərdarlıq etdi: “İran nüvə silahı istehsalına yaxınlaşsa Amerika sakit oturmayacaq, kəskin reaksiya verəcək”

Gunaz.tv

O, rəsmi Tehrana xəbərdarlıq edərək deyib ki, əgər İran gələn həftə nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılacaq danışıqların 7-ci mərhələsindən yayınsa və bununla da yenidən vaxt qazanmağa çalışsa, Amerika buna sərt reaksiya verəcək.

“Əgər İran nüvə silahı istehsalına yaxınlaşsa Amerika boş və sakit oturmayacaq, buna qəti reaksiya verəcək.

Daha doğrusu, əgər İran danışıqlara qayıtmaq istəməsə və indiki prosesi davam etdirməklə müzakirələrin sürətini azaltmaqla öz nüvə fəaliyyətini sürətləndirməyə çalışsa sözsüz ki, Amerika onun bu hərəkəti qarşısında boş oturmayacaq və buna kəskin cavab verəcək.

Biz, 2015-ci ildə imzalanmış nüvə razılaşmasına qayıtmağa, razılaşmaya uyğun olmayan sanksiyaları ləğv etməyə hazırıq. Elə buna görə də hesab edirəm ki, İran danışıqlara qayıtmaq istəyirsə onun üçün yol açıqdır”, -deyə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali bildirib.

Mali İranın bu dəfə Vyana danışıqlarından yayınacağı və yenidən oyun oynayacağı təqdirdə Vaşinqtonun Tehrana verəcəyi reaksiya və kəskin cavabın nədən ibarət olacağını açıqlamayıb. 

Qeyd edək ki, 5 aydır təxirə salınan Vyanadakı nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da başlanılacaq. 

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş dirktoru Rafael Qrossi noyabrın 24-də mediaya açıqlamasında Tehrana son səfərində İran rəsmiləri ilə apardığı müzakirələrin nəticəsiz qalmasından xəbər verib.

“Təəssüflər olsun ki, İran rəsmiləri ilə keçirdiyim görüşlərdə Kərəcdə sentrifuqa hissələrini istehsal edən TESA mərkəzində Agentliyin dörd müşahidə kamarasının yenidən quraşdırılması və müfəttişlərimizin bu və digər təsisatlara baxış keçirilməsinə şərait yaradılması ilə bağlı apardığımız danışıqlar heç bir nəticə verməyib”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş dirktoru Rafael Qrossi bildirib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar