SON XƏBƏRLƏR

Robert Mali: “İran ikili vətəndaşlığı olan məhbusları azadlığa buraxmalıdır”

2022.01.11, 10:09
Robert Mali: “İran ikili vətəndaşlığı olan məhbusları azadlığa buraxmalıdır”

Gunaz.tv

Mali bildirib ki, İran rejimi həm Böyük Britaniya, həm də Amerika vətəndaşı olan və xərçəng xəstəliyindən əziyyət çəkən ətraf mühit fəalı Murad Tahbazı 4 ildir ki, əsassız ittihamlarla Tehranın Evin zindanında saxlayır.

“Hesab edirik ki, İran Siyamək Nəmazi, mad Şərqi, Murad Tahbaz, Ənuşə Aşuri, Nazənin Zağəri və Mehran Raufi və başqa ikili vətəndaşlığa malik olan məhbusları dərhal azad etməlidir”, -deyə ABŞ-ın İran üzrə xüsusu nümayəndəsi Robert Malinin “Twitter”də etdiyi paylaşımında bildirilir.  

Yayılan məlumatda həmçinin qeyd edilir ki, adları çəkilən şəxslərdən başqa, Avstriya, Almaniya, Fransa və İsveç vətəndaşları olan daha bir neçə nəfər, o cümlədən də Nahid Təqəvi, Cəmşid Şarməhd və Fəriba Adilxah müxtəlif əsassız ittihamlarla İranda həbsdə saxlanılır.

Qeyd edək ki, İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölklərin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır. 

تصویر

                            Tehranın Evin zindanında saxlanılan ətraf mühit fəalı Murad Tahbaz

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar