SON XƏBƏRLƏR

Robert Mali: “İranın nüvə proqramını inkişaf etdirməsi razılaşmanı canlandırmağı qeyri-mümkün edir”

2021.11.20, 12:24
Robert Mali: “İranın nüvə proqramını inkişaf etdirməsi razılaşmanı canlandırmağı qeyri-mümkün edir”

Gunaz.tv

Noyabrın 19-da mediaya açıqlamasında o, deyib ki, İran nüvə proqramını elə bir istiqamətdə irəli aparır ki, vəziyyət belə davam edərsə, tərəflərin nüvə razılaşmasını canlandırmaq üçün Vyanada aparılan danışıqlara qayıtmasını və müzakirələrin yekun nəticəsindən bəhrələnməsini çətinləşdirir.

“Hesab edirik ki, əgər İran özünün nüvə proqramını indiki sürətlə davam etdirsə və onu daha inkişaf etdirməyə çalışsa, vaxt gələcək ki, hətta əgər biz danışıqlara qayıtsaq da, hər hansı bir yeni razılaşmanın səmərəsindən istifadə etməyi mümkünsüz edəcək. 

İranın nüvə proqramı sahəsindəki irəliləyişləri bütün regionda həyəcan siqnalını çaldırıb. Bu isə saat əqrəblərinin daha sürətlə hərəkət etməsinə səbəb olub. İranın bu addımı bizim yekdilliklə bunu deməyimizə əsas verir ki, nüvə razılaşmasının canlandırılması məqsədilə aparılan dxnışıqlara çox az bir zaman qalıb.

Çox açığını deyim, İran rəhbərlərinin hazırda etdiklərinin mahiyyətinin nədən ibarət olması xüsusunda heç bir şək-şübhə yoxdur. O da budur ki, onlar danışıqlar prosesini uzatdıqları və bəzən nüvə danışıqlarından boyun qaçırdıqları bir halda öz nüvə proqramlarının sürətini artırırlar, bu isə qəbuledilməzdir”, -deyə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali bildirib.

Qeyd edək ki, rəsmi Tehranla Avropa Birliyi arasında əldə olunan razılığa əsasən, İranla Qərb arasında Vyanadakı nüvə danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar