SON XƏBƏRLƏR

Robert Mali İranın regiondakı fəaliyyətləri barədə danışıqlar aparmaq üçün Orta Şərqə səfər edir

2021.10.20, 07:36
Robert Mali İranın regiondakı fəaliyyətləri barədə danışıqlar aparmaq üçün Orta Şərqə səfər edir

Gunaz.tv

Bu barədə Amerika Dövlət Departamenti oktyabrın 14-də məlumat yayıb.


Məlumatda bildirilir ki, Robert Malinin Orta şərqə səfəri oktyanrın 15-dən başlayır və o həmin Amerikanın tərəfdaşları ilə İran məsələsini müzakirə edəcək.


“Robert Mali Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, həmin ölkələrin rəhbərləri ilə görüşlər keçirərək İranın region ölkələrinə qarşı təhdid sayılan nüvə proqramı və onun bölgədə apardığı təxribat xarakterli fəaliyyətləri barədə müzakirələr aparacaq, fikir mübadiləsi edəcək”. -deyə Amerika Dövlət Departamentinin yaydığı məlumatda bildirilir. 


Robert Malinin körfəzin üç ölkəsinə səfərində İranın qonşularını təhdid edən ballistik raketlərinin də danışıqlar mövzusu olub-olmayacağı barədə məlumat yayılmayıb. 

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar