SON XƏBƏRLƏR

Robert Mali: "İran qadınları və xalqı üçün daha yaxşı gələcək tələbində israrlıyıq"

2022.10.27, 06:55
Robert Mali: "İran qadınları və xalqı üçün daha yaxşı gələcək tələbində israrlıyıq"

Gunaz.tv

"12 qadın xarici işlər nazirinin iranlı qadınlarla həmrəylik mesajı.

Bu 12 qadın xarici işlər naziri ilə birlikdə dinc nümayişlərə qarşı zorakı repressiyaları pisləyirik və onların bütün İran xalqı və dünyanın hər yerində qadınlar üçün daha yaxşı gələcək tələblərinə təkid edirik",-deyə, Robert Mali özünün "tvviter" hesabında yazıb.

Qeyd edək ki, oktyabrın 20-də Kanadanın Xarici İşlər naziri Melani Colinin ev sahibliyi ilə Albaniya, Andorra, Avstraliya, Fransa, Almaniya, İslandiya, Kosovo, Liviya, Lixtenşteyn, Yeni Zelandiya və Norveçin qadın xarici işlər nazirlərinin virtual görüşündən sonra İranda baş verənlərlə bağlı bəyanat verilib.

"Qadın xarici işlər nazirləri olaraq özlərinin dinc etiraz aksiyası keçirmək hüququndan istifadə edərək insan hüquqlarının müdafiə uğrunda nümayişlərə qatılan cəsur iranlı qadınlar və dünyanın başqa yerində hüquqları pozulan qadınları dəstəklədiyimizi bildiririk"-deyə, bəyanatda qeyd edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar