SON XƏBƏRLƏR

Robert Mali İranda şagirdlərin zəhərlənməsi ilə bağlı tələb irəli sürdü

2023.03.04, 10:45
Robert Mali İranda şagirdlərin zəhərlənməsi ilə bağlı tələb irəli sürdü

Gunaz.tv

"Heç kim qızların təhsilinə mane olmamalıdır, çünki bu, insan hüququdur və qadınların iqtisadi təhlükəsizliyinin inkişafı üçün zəruridir",- Mali özünün tvitter səhifəsində yazıb.

Bununla yanaşı ABŞ-ın Milli Təhlükəsizlik Şurası da İranda tələbə qızların kütləvi şəkildə zəhərlənməsi ilə bağlı xəbərləri narahatedici adlandırıb.

Şura bu zəhərlənmələrlə İranda baş verən son ümumi etirazlar arasında əlaqənin mümkünlüyünü istisna etməyib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində məktəbli qızların zəhərlənməsindən, eləcə də ötən həftə bunun intensivləşməsindən üç aydan çox vaxt keçməsinə baxmayaraq, İranın hakimiyyət orqanları hələ də hadisənin səbəbini müəyyən etməyib.

Rejim bu hərəkətləri törədənləri məsuliyyətə cəlb etməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar