Güney Azərbaycanın tarixi irsi məhv edilir: Ocan qalası ətrafında qanunsuz qazıntı işləri aparılıb

2021-03-16 14:32

Azərbaycanda tarixi abidələrə qarşı laqeydliq davam edir.

Gunaz.tv Quote | Gunaz article

Ocan (Bostanabad) bölgəsində, Ocan sənaye şəhərciyinin yaxınlığında yerləşən tarixi qala ərazisində söküntü işləri üçün ağır texnika cəlb olunub.

 

Heç bir əsas olmadan tarixi Ocan qalasında qazıntı və söküntü işləri aparmaq istəyən şəxslər əhalinin etirazları ilə qarşılaşıblar.


Bundan sonra Şərqi Azərbaycanın Mədəni İrs, Turizm və Əl İşlərini Qoruma Birliyi məsələyə müdaxilə etməyə məcbur olub.
 

Birliyin komandiri polkovnik Kazım Dadaşı tarixi Ocan qalasında söküntü işlərinin  dayandırıldığını, buna cəhd edənlərin məsuliyyətə cəlb olunacaqlarını deyib.


K.Dadaşi qanunsuz söküntü işləri aparmağa cəhd edənlərin məhkəməyə veriləcəyini bildirib. Onun sözlərinə görə, bununla bağlı əyalət məhkəməsinə müraciət ediləcək.


"Vətəndaşlar belə halların baş verdiyini gördükləri təqdirdə qurumumuza müraciə etmələri vacibdir”- deyə, o bildirib.


Qeyd edək ki, son aylar Güney Azərbaycanın tarixi abidələrinin mərkəzi hökumət və ilgili qurumların laqeydliyi nəticəsində dağılması ilə bağlı çoxsaylı faktlar mətbuatda yayınlanıb.


İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çox saylı müraciətlərinə cavab olaraq büdcələrinin olmadığını bildirirlər. Ancaq farsdilli əyalətlərdə abidələrin qorunması və onarılması üçün dövlət budcəsindən ayrılan külli məbləğdə vəsait bunun Azərbaycan abidələrinə qarşı biganəliyin budcə ilə əlaqəli olmadığını göstərir.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19