SON XƏBƏRLƏR

Oğlu ilə telefon əlaqəsi saxlayan Nəsim Sadiqi təcridxanada işgəncə edildiyini deyib

2021.10.20, 07:36
Oğlu ilə telefon əlaqəsi saxlayan Nəsim Sadiqi təcridxanada işgəncə edildiyini deyib

Gunaz.tv

GünAz TV: 10 gün əvvəl Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi təcridxanada işgəncə edilib.

 

Bu barədə Nəsim Sadiqi oktyabrın 30-da oğlu Peyman Əmanətlə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib.

 

Fəalın yaxınlarının dediyinə görə, o dindirilmə zamanı işgəncələrə məruz qalıb. Ondan istənilib ki, irəli sürülən ittihamlara etiraf etsin, əks halda oğlu Peyman Əmanət və bacısı Fəhimə Sadiqi də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaq.

 

Nəsim Sadiqi ağır vəziyyətdə və işgəncələr altında saxlanılmasına etiraz olaraq Ettelaat İdarəsinin təcridxanasında 3 gün quru aclıq aksiyası keçirib. O işgəncələr dayandırılana və təknəfərlik kameradan çıxarılana qədər aksiyaya davam edəcəyini açıqlayıb. Fəal Təbrizin Mərkəzi Zindanına intiqal edildikdən sonra oktyabrın 27-də aclıq aksiyasını dayandırıb.

 

Məlumata görə, azərbaycanlı fəal oktyabrın 29-da Təbrizin Beheşti İnqilab Məhkəməsinin 19-cu Şöbəsinə aparılıb. Məhkəmədə fəala sistemin əleyinə təbliğat aparmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və virtual aləmdə islam cümhuriyyətinin əleyhinə xəbər yaymaqda ittiham olunduğu bildirilib. Bundan əlavə fəalın barəsində çıxarılan mülki vəsiqə qərarının məbləği artırılıb və yekun olaraq 150 milyon tümənlik vəsiqə qərarı çıxarılıb.

 

Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün oktyabrın 21-də evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, kompüter, kitab və əlyazmaları özləri ilə götürüblər.

 

Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar