SON XƏBƏRLƏR

Tokayevdən gözlənilməz qərar-Türk millətçisi Əsgər Umarovu nazir təyin etdi

2022.01.14, 08:51
Tokayevdən gözlənilməz qərar-Türk millətçisi Əsgər Umarovu nazir təyin etdi

Gunaz.tv

Tokayevin sərəncamına əsasən Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri vəzifəsinə Əsgər Umarov, təyin edilib. Əsgər Umarovun türk milliyyətçisi olduğu bildirilir.

Qeyd edim ki, Kreml Tokayevin bu qərarını birmənalı qarşılamayıb. Həm rəsmi, həm də qeyri-rəsmi şəkildə etirazını bildirib.

Rusiyanın MDB İşləri üzrə Federal Agentliyi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarovla işləməkdən imtina edib.

Bunu qurumun rəhbəri Yevgeni Primakov deyib.

“Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov barədə, həmçinin onun özünün çoxsaylı sitatlarını diqqətlə oxudum. 

Agentliyimiz rusofob zibillərlə işləmir və əməkdaşlıq etmir, bu da yuxarıda adı çəkilən nazir və onun rəhbərlik etdiyi qurumla mövcud konfiqurasiyada bizim hər hansı qarşılıqlı əlaqəmizə tamamilə mane olur”, - Primakov bildirib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar