SON XƏBƏRLƏR

Moldovalı ekspert: "Qarabağda tarixi ədalət bərpa olunub"

2021.11.20, 11:36
Moldovalı ekspert: "Qarabağda tarixi ədalət bərpa olunub"

Gunaz.tv

Bunu Moldovanın tanınmış eksperti Yan Lisnevski bildirib.

O qeyd edib ki, bu qədər uzun sürən gərginlikdən sonra Qafqazda yenidən sülhün hökm sürməsi indi çox vacibdir:

“Qarabağda tarixi ədalət bərpa olunub və artıq döyüşmək üçün heç nə yoxdur. Gələcəkdə vəziyyəti normallaşdırmaq üçün lazımi körpüləri yaradan müqavilə var və bu müqaviləyə hörmət edilməlidir”, - deyə, Y. Lisnevski vurğulayıb.

Ekspert Moldova ilə Azərbaycan arasında münasibətləri yaxşı hesab etməklə yanaşı, eyni zamanda iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün hələ də böyük potensialın olduğunu düşünür:

“Azərbaycanlıların Moldovadakı fəallığına gəlincə, bu, çox yüksəkdir. Moldovadakı azərbaycanlıların sayəsində çoxları ölkənizə səfər etmədən Azərbaycana aşiq olublar. 

Axı Moldovada bir çox azərbaycanlı böyük bizneslə məşğuldur və əsl messenatdırlar. Məsələn, Vüqar Novruzov, Feyruz İsayev və Azərbaycan diasporunun digər hörmətli nümayəndələri yazıçılarımıza, bəstəkarlarımıza, digər sənət adamlarımıza, eləcə də digər mühüm sahələrə dəstək olublar və indi də dəstəklərini davam etdirirlər. 

Onlar çox öncədən Moldovada Azərbaycanın müsbət imicini yaradıblar”, - deyə, o əlavə edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar