SON XƏBƏRLƏR

Moldovanın dövlət dili dəyişdirilib

2023.03.22, 18:20
Moldovanın dövlət dili dəyişdirilib

Gunaz.tv

Maya Sandu bildirib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.

“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, - dövlət başçısı bildirib.

Sandu bu qərarın Moldova cəmiyyətinin birləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

O, bildirib ki, bəzi insanlar Moldova cəmiyyətini parçalamaq üçün uzun müddətdir ki, Moldova sakinlərinin rumın dilində deyil, moldova dilində danışdıqlarını vurğulayıblar. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar