SON XƏBƏRLƏR

Niderlanddan vətəndaşlarına İranla bağlı çağırış

2022.11.19, 13:28
Niderlanddan vətəndaşlarına İranla bağlı çağırış

Gunaz.tv

Niderland hökuməti bu ölkə vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Bu, İranda xalq etirazları fonunda bir neçə xarici vətəndaşın həbsi ilə bağlı xəbərin dərcindən sonraya təsadüf edir.

İnsan haqları təşkilatlarının verdiyi xəbərə görə, Tehranın Evin zindanının 8-ci bölməsində Ses Lenon Borx adlı Niderland vətəndaşı saxlanılır.

Niderland vətəndaşının İran məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilmiş Polşa Universitetinin professoru Maçiyay Valsakla eyni bölmədə saxlanıldığı deyilir.

Niderland hökuməti bundan əvvəl oktyabrın əvvəllərində də vətəndaşlarını İrana səfər etməməyə çağırmışdı.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar