SON XƏBƏRLƏR

Olli Heinonen: “İranın nüvə silahı istehsal etmək üçün minimum 6, maksimum isə 8 ay vaxta ehtiyacı var”

2021.10.20, 07:36
Olli Heinonen: “İranın nüvə silahı istehsal etmək üçün minimum 6, maksimum isə 8 ay vaxta ehtiyacı var”

Gunaz.tv

GünazTV: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun keçmiş müavini Olli Heinonen iyunun 5-də “NewsMax” saytına açıqlamasında İranın nüvə silahı istehsal edə bilməsi üçün çox az bir vaxt qaldığı barədə xəbərdarlıq edib.

 

O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalması barədə iddialarına baxmayaraq, İran ən qısa bir zamanda atom silahı istehsal etmək gücünə malikdir: “İranın nüvə silahı istehsal etmək üçün minimum 6, maksimum isə 8 ay vaxta ehtiyacı var.

 

Əgər İran rejimi nüvə qabiliyykətlərinə yiyələnsə, siz öz təhlükəsizliyinizi nevə təmin edə biləcəksiniz. Nəzərə almaq lazımdır ki, iranlı ayətullahlar bu ölkəyə qarşı tətbiq edilmiş yeni sanksiyaların öhdəsindən gələ bilirlər. Bir sözlə, onlar eyni zamanda yeni sentrifuqalar da istehsal edə bilərlər.

 

İran, atom silahının istehsalı ilə bağlı əvvəlki planının ilkin nüsxələrini Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verməkdən boyun qaçıraraq, fəaliyyətini hazırda öz sentrifuqalarını inkişaf etdirməyə yönləndirib. Onun bu fəaliyyətini isə təkzib etmək mümkün deyil” –deyə Olli Heinonen əlavə edib.

 

 

Xatırladaq ki, İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında nüvə sazişi 2015-ci imzalansa da, Amerika 2018-ci ilin may ayında həmin razılaşmadan çıxaraq, İrana qarşı sanksiyaları genişləndirib. Son vaxtlar isə rəsmi Tehran Avropanı sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitməkdə günahlandıraraq, razılaşma şərtlərinin icrasını dayandıracağı barədə bəyanatlar səsləndirib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar