SON XƏBƏRLƏR

Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

2022.03.22, 08:59
Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Gunaz.tv

Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

Bu arada Zelenski Rusiya ilə danışıqlarda ölkəsinin şərtlərini açıqlayıb.
“Krım və Donbassla bağlı məsələ Ukrayna təhlükəsizlik zəmanəti aldıqdan sonra həll edilməlidir”.

Bu sözləri Ukrayna prezidenti “Suspilne” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik təminatları Rusiya və Ukrayna arasında kompromislər üçün əsas prioritetdir: “İnanıram ki, bu, hamı üçün – həm Krım, həm də Donbass üçün çox çətin məsələdir. Oradan hansısa çıxış yolu tapmaq üçün dediyim kimi siz təhlükəsizlik zəmanətləri, müharibənin sonu ilə bağlı ilk addımı atmalısınız”- Zelenski Suspilne telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, Ukraynanın üzvlüyə qəbul üçün hazır olmayan NATO-ya daxil olmaqla bağlı “sakitləşməyə” ehtiyac var.

“Təhlükəsizliyimizin qarantı olmaq istəyən NATO üzvü ölkələr var. Amma onlar bizə alyansa 100 faizlik üzvlük zəmanəti verə bilmirlər. 

Lakin onlar bizə alyansın üzvü kimi etməli olduqları hər şeyi etməyə hazırdırlar. Mən inanıram ki, bu hamı üçün- NATO-ya üzvlüklə bağlı bizimlə nə edəcəyini bilməyən Qərb üçün, təhlükəsizlik zəmanəti istəyən Ukrayna və NATO-nun genişlənməsini istəməyən Rusiya üçün normal kompromisdir”- deyə Prezident vurğulayıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar