SON XƏBƏRLƏR

“İraqda Amerika qüvvələrinə qarşı PUA həmlələri İranın dəstəklədiyi qruplaşmaların hücumlarına bənzərdir”-Con Kirbi - FOTO

2022.01.05, 09:51
“İraqda Amerika qüvvələrinə qarşı PUA həmlələri İranın dəstəklədiyi qruplaşmaların hücumlarına bənzərdir”-Con Kirbi  - FOTO

Gunaz.tv

Kirbi deyib ki, PUA hücumlarının mənşəyi və bu hücumların kimlər tərəfindən həyata keçirildiyi hələlik  tam bəlli deyil.

“Lakin bizim İraqdakı hərbi qüvvələrimizin yerləşdiyi yerlərə gerçəkəşdirilən PUA hücumları İranın bu ölkədə dəstəklədiyi yarımhərbi qruplaşmaların bizə qarşı həyata keçirdiyi hücumlara və onların həmin hücumları necə gerçəkləşdirməsinə bənzəyir.

Biz, bu təhdidləri ciddiyə alır, bildiririk ki, Amerikanın İraq və Suriyada yerləşdirilən hərbi qüvvələrinin özlərini müdafiə etmək hüququ var.

Biz həmişə İranın İraqda dəstəklədiyi yarımhərbi qruplaşmaların hərbi qüvvəlriizə qarşı təhdidindən nigaran qalmışıq, bu isə bizim üçün yeni bir şey deyil. 

Hesab edirəm ki, son günlər İraqda şahidi olduğumuz hadisələr, bu ölkədəki hərbi qüvvələrimizin təhlükəsizliyinə davamlı qayğı göstərməyimizin zəruriliyini bir daha təsdiqləyir, -deyə Amerika Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

Xatırladaq ki, “DAEŞ-ə Qarşı Beynəlxalq Koalisiya” yanvarın 4-də bəyanat yayaraq İraqın Əl-Ənbar əyalətində yerləşən “Eyn ül Əsəd” hərbi bazasını hədəfə alan iki intiharçı pilotsuz uçuş aparatını göydə məhv etdiyindən xəbər vermişdi. 

Qeyd edək ki, SEPAH terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı, məşhur terrorçu Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında hava zərbələri nəticəsində məhv edilməsinin ikinci ildönümü ərəfəsində İran rəsmiləri, o cümlədən də SEPAH komandirləri son günlər etdikləri populist çıxışlar edirlər.

Onlar Amerikadan, ABŞ-ın keçmiş prezidenti Donald Trampdan qisas alacaqlarını bildirirlər. 

بخشی از لاشه‌های یک پهپاد در نزدیکی عین الاسد - ۴ ژانویه ۲۰۲۲

 A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar