SON XƏBƏRLƏR

Con Bolton İranda rejim dəyişikliyindən danışdı: "Yeganə yol budur”

2022.02.09, 10:56
Con Bolton İranda rejim dəyişikliyindən danışdı: "Yeganə yol budur”

Gunaz.tv

Onun fikirincə, İranın nüvə təhlükəsi yalnız İranda rejim dəyişikliyi ilə aradan qaldırıla bilər.

“Obama və Bayden administrasiyalarının nüvə razılaşmanı davam etdirməsi üçün həmişə İranın nüvə proqramının bütün aspektlərindən tam şəkildə xəbərdar olduqları, Beynəlxalq Atom Enerjisi Agentliyinin hər şeyə nəzarət edə biləcəyi barədə iddiaları yanlışdır”-deyə, Bolton bildirib.

O, İranın heç bir razılaşmaya sadiq qalmadığını, hal-hazırda sanksiyaların nəticəsində düşdüyü ağır durumdan çıxmaq üçün səy göstərdiyini, ancaq strateji olaraq nüvə proqramını hər zaman davam etdirməyə çalışacağını söyləyib.

İranla razılaşma əldə edilib-edilməməsindən asılı olmayaraq, İsrail mütləq İranın nüvə obyektlərinə hücumlarını davam etdirəcək. Baş nazir Ariel Şaron dövründən bəri İsraildə “nüvə holokostu” adlı bir termin var”-deyə, Con Bolton qeyd edib.

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri çıxışının sonunda bir daha İranın nüvə təhlükəsindən qurtulmağın rejim dəyişikliyi olduğunu vurğulayaraq, öncəki prezident Trampın da bu yöndəki addımlarının yetərli olmadığını bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar