Onlarla nobel mükafatçısı İrandan azərbaycanlı alimin azadlığa buraxılmasını tələb ediblər

2017-11-21 12:56

GünAz TV: Müxtəlif ixtisaslar üzrə onlarla nobel mükafatı laureatı İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəliyinə məktubla müraciət edərək güney azərbaycanlı araşdırmaçı-alim professor Əhmədrza Calalinin azadlığa buraxılmasını tələb ediblər.

 

İsveçdə (Sued) yaşayan azərbaycanlı alim qondarma ittihamlarla İranda ölüm cəzasına məhkum edilib.

 

İranın BMT-dəki nümayəndəsi Qulaməli Xoşruya ünvanlanan məktub 1993-cü ildə tibb üzrə nobel mükafatına layiq görülmüş britaniyalı bioloq və biokimyaçı Richard Roberts tərəfindən yazılıb. Məktubu müxtəlif ixtisaslar üzrə 74 nobel mükafatı laureatı imzalayıb.

 

“Bu qrup nobel mükafatının təsisçisi Alfred Nobelin istədiyi kimi bəşəriyyətə xidmət prinsipinə möhkəm bağlıdır. Ona görə də bu qrup, bir araşdırmaçısının həyatının təhlükədə olmasına səssiz qala bilməz. Doktor Əhmədrza Calali və ailəsi İsveçdə yaşayır, o radioaktiv, bioloji, kimyəvi və terror hücumları kimi hadisələrdə təcili tibbi yardım işləri ilə məşğul olub”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

“Radio Fərda”nın yaydığı məlumatda bildirilir ki, “Richard Roberts İranın BMT-dəki nümayəndəliyinə ünvanladığı məktubda vurğulayıb ki, araşdırmaçının tutulma tərzi xüsusi nigaranlığa səbəb olur. Doktor Calalinin bu barədə olan sənədi, onun İranın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqdan imtina etdiyinə görə ədalətsiz məhkəmə qərarı ilə üzləşdiyinə dair şübhələri daha da ciddiləşdirib.”

 

Nobel mükafatı laureatları İrandan doktor Calalinin azad edilməsini tələb edərək onun yenidən ailəsinə qovuşması və bəşəriyyətə xidmət məqsədi ilə apardığı elmi araşdırmaları yenidən bərpa etməsini istəyiblər.

 

Məktubu imzalayanlar arasında Amerika Birləşmiş Ştatları, Almaniya, İran, Yaponiya və s. kimi ölkələrdən nobel mükafatı laureatları gözə dəyir.

 

Mətbuatda yayılan xəbərə görə, İranda təbrizli alim, professor Əhmədrza Calali İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

 

İranlı nüvə alimləri haqda İsrailə məlumat ötürərək onların terror edilməsinə şərait yaratmaq kimi qondarma ittihamla üzləşən alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb, 9 il öncə isə İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Əhmədrza Calalininin Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edildiyi bildirilir. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

 

Edam hökmü oktyabrın 21-də elan olunub.

 

Məhbus alimin dəqiq olaraq nədə ittiham olunduğu məlum deyil, lakin onun həyat yoldaşı alimin “düşmən dövlətlərlə əməkdaşlıq etmək”də ittiham olunduğunu deyib. Müstəntiqlər isə istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Əhmədrza Calalinin vəkili Mahmud Təbatəbayi isə müvəkkilinin təhlükəsizliklə bağlı dosyesi olduğunu qeyd edərək vurğulayıb ki, “biz və Əhmədrza düşmən ölkələrlə əməkdaşlıq etmək ittihamını heç bir şəkildə qəbul etmirik.”

 

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Jan.26.2021 : "Hikmət Hacıyevdən Vaşinqton üçün açıqlamalar"

2021-01-26

gun az article

İsrail ilə “əlaqə”də ittiham olunan çox sayda xristiyan iranlı həbs edilib

2021-01-26

gun az article

Sərəskənd əhalisinin 26%-i savadsızdır

2021-01-26

gun az article

Həmədan və Əhər şəhərlərində 59 kg uyuşdurucu maddə aşkarlanaraq götürülüb

2021-01-26

gun az article

Təqaüdçülər Təbriz, Zəncan və Urmu şəhərlərində etiraz aksiyasıları keçiriblər

2021-01-26

gun az article

Təbrizin havası bütün yaş qrupları üçün təhlükəlidir

2021-01-26

gun az article

Mədəni fəal Vəli Zöhrabi saxlanılaraq yeddi saat dindirilib

2021-01-26

gun az article

Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib+video

2021-01-26

gun az article

Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: PARLAQ GƏLƏCƏK: Qeyri-Fars Millətlərə Qarşı Ayrıseçkiliyin Yeni Dalğası

2021-01-26

gun az article

GünazTV Jan.25.2021: Paylaşım programı, 26-cı Bölüm.

2021-01-25

gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25

gun az article

Marağa-Sərəskənd yolunda baş verən qəzada 8 nəfər ölüb və yaralanıb

2021-01-25

gun az article

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur+fotolar

2021-01-25

gun az article

Binab Azad Universitetinin müəllim heyəti və işçiləri etiraz aksiyası keçirib

2021-01-25

gun az article

Yusif kari ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası+video

2021-01-25

gun az article

Təbrizdə silahlı hücum nəticəsində dövlət məmuru öldürülüb

2021-01-25

gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24