“Onun mövqeyi ədalətsizdir”-Əhməd Obalıdan Baydenin çıxışına reaksiya

2021-04-24 23:40

ABŞ Prezidenti Co Bayden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb. 

Gunaz.tv Quote | Gunaz article

“Bu hüquqi deyil, siyasi qərardır”

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalı ABŞ Prezidenti Co Baydenin mövqeyinin ədalətsiz olduğunu deyib:
“Əvvəla, Co Baydenin mövqeyi ədalətsizdir, həqiqətdən uzaqdır və birtərəflidir. O, yalnız ermənilərin dediyini əsas götürüb. 

Türklərin, azərbaycanlıların mövqelərinə heç baxılmayıb. İkincisi, bu siyasi bir qərardır, hüquqi deyil. Genosid, nəsilkəsmə əməli cinayətdir. Bunun üçün məhkəmə qərar verməlidr. 

Siyasətçilər bunun qərar verə bilməz. Gərək məhkəməyə sənədlər təqdim edilə, tərəflər bəlli ola. Burada isə çox şeylər bəlli deyil. Amma bizim tərəfin mövqeyinin deyilməməsinin bir günahı da həm Türkiyə dövləti, həm Azərbaycan dövləti olaraq bizdədir. 

 

Millət olaraq Anadolu və Azərbaycan türkləri, siyasətçilərimiz, elm xadimlərimiz hamısı günahkardır. Biz heç zaman əleyhimizə olan cinayətləri deməmişik. Bu bizim günahımızdır. Bir hadisəyə reaksiya artıq gecdir. Aksiya etməli idik. Yəni bizə qarşı törədilmiş soyqırım cinayətlərini vaxtında üzə çıxarmalı idik. 

 

Dünya alimlərinin, diplomatlarının iştirakı ilə beynəlxalq simpoziumlar keçirməli idik. Biz mart soyqırımını əsas götürməli, Xocalını onun davam kimi tanıtdırmalı idik. 1905-1918-ci illərdə ermənilər tərəfindən Cənubi Qafqazda, Quzey Azərbaycanda, o cümlədən Güney Azərbaycanda 700 minə yaxın türk-müsəlman əhalisi, yəhudi və digər Azərbaycan xalqları qətlə yetirilib.

Ermənilər havadarlarının köməyi ilə indiki Türkiyə ərazisində 100 minlərlə türkü soyqırıma məruz qoyublar. 

 

Biz bu faktları qabartmalı idik. Soyqırım qurbanlarının xatirəsinə Bakıda və Türkiyənin iri şəhərlərində anıt kompleksləri tikməli, onu rəsmi ziyarət protokoluna daxil etməli idik. Anadolu türkləri həmin illərdə ermənilər tərəfindən qətlə yetirilən türkün və kürdün sayını ortaya qoysaydı, bu gün deməyə sözümüz olardı. Deyərdik ki, Co Bayden, bizim mövqeyimizi də səsləndir”.

 

“Erməniləri maşa kimi oynadanların məqsədi Türkiyəni basqı altında saxlamaqdır”

 

Əhməd Obalı hesab edir ki, ermənilərin türk xalqlarının başına gətirdiyi faciələrlə bağlı əsl həqiqəti ortaya çıxarmaq bu gün də gec deyil: “Bu məsələnin açıqca üstünə getməliyik. Ermənilər törətdiyi cinayətləri beynəlxalq məhkəməyə verməliyik.

 

Müasir cinayətlərdən daha çox XX əsrin əvvəllərində törədilmiş cinayətləri əsas götürməliyik. Osmanlının arxivi var. Arxivi açmaq yetərli deyil. Bu materialları dünyaya yaymaq lazımdır. 


Bakıda və Ankarada soyqırım abidəsi yaratmaq və rəsmi ziyarət protokoluna salmaq lazımdır. Qoy, xaricdən diplomatlar, jurnalistlər gəlib o abidəyə çələng qoysunlar. Sabah təzminat məsələsi ortaya gələndə biz ermənilərdən daha çox təzminat istəməliyik. Bunu etməsək, sonu yaxşı olmayacaq. 

 

Necə ki soyqırım məsələsinə əhəmiyyət vermədik, sonu belə oldu. Təzminat məsələsində də proseslər ermənilərin xeyrinə inkişaf edə bilər. Biz bununla bağlı tədbirlərə başlamasaq, gələcəkdə təzminat məsələsində də Türkiyənin əleyhinə qərar qəbul oluna bilər. 

 

Ermənilərin bütün oyunları təzminat üstündədir. Erməniləri maşa kimi oynadanların da məqsədi Türkiyəni basqı altında saxlayıb, ondan müəyyən güzəşt qoparmaqdır. 

Tamamilə siyasi bir qərardır, türk düşmənçiliyidir. Biz bu düşmənçiliyin qarşısını almaq üçün önləyici tədbirlər görməliyik. Müdafiədə yox, hücumda oynamalıyıq.

Eynən Qarabağda olduğu kimi. 30 il yalvardıq, olmadı axırda hücum edib aldıq. Bu məsələdə də erməniləri müdafiəyə oynamağa vadar etməliyik. Biz hücuma keçməyincə müdafiədə oynamalı olacağıq”.

 

“Güney Azərbaycan faktorunu gücləndirməliyik”

 

Əhməd Obalı hesab edir ki, Azərbaycan və Türkiyə dövlətləri, cəmiyyətləri birlik nümayiş etdirməli, bundan sonra eyni hədəfə vurmalıdır: “Federasiya, konfederasiya müzakirələri kənara qoyulmalıdır. 

 

Güney azərbaycanlıların dövləti olmalıdır. Güney Azərbaycan faktorunu gücləndirməliyik. Bu, ermənilərə cavabın bir hissəsi olmalıdır”.

 

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15

gun az article

Türkiyə MN: Pis və yaxşı günlərdə Azərbaycanla birlikdə olmağa davam edəcəyik

2021-06-15