SON XƏBƏRLƏR

Toni Bleyer İnstitutunun eksperti: "Britaniya SEPAH-ı terrorçu elan etməlidir"

2022.08.30, 07:02
Toni Bleyer İnstitutunun eksperti: "Britaniya SEPAH-ı terrorçu elan etməlidir"

Gunaz.tv

O, britaniyalı yazıçı Salman Rüşdinin həyatına sui-qəsdi təhlükə xəbərdarlığı kimi dəyərləndirib və Böyük Britaniya hökumətinin bu hücumun əsas səbəbkarı olan İran İnqilabı Keşikçiləri Korpusunu terrorçu kimi dəyərləndirməsinə əsas verdiyini söyləyib.

Ərabi, İran İnqilabı Keşikçiləri Korpusunun Qərbdə şiə ekstremizminin artmasındakı əsas roluna toxunaraq yazıb ki, İŞİD və əl-Qaidə kimi qruplar resurslarını öz döyüşçülərini radikallaşdırmaq üçün xərclədikləri kimi, SEPAH da öz əməkdaşları ilə eyni şeyi edir, silahlı hücumları əsaslandırır və alqışlayır.

Bu tədqiqatçıya görə, son bir neçə ildə Britaniya torpaqlarında SEPAH ilə bağlı fəaliyyətlər artıb. Məsələn, 2015-ci ilin payızında Britaniya polisi Londonun şimal-qərbində İranın dəstəklədiyi Livanın Hizbullah şiə qruplaşması ilə əlaqəli bomba zavodu aşkarlayıb.

Ekspertin fikrincə, 2015-ci ildən Avropa və Amerikada İran İnqilab Keşikçiləri Korpusunun fəaliyyətinin artması bu təşkilatın maraqlarının Yaxın Şərqdən kənara çıxdığını göstərir. İndi isə Britaniya vətəndaşlarının terror fəaliyyətinə cəlb edilərək radikallaşması real təhlükəyə çevrilib.

"Britaniyanın növbəti baş nazirinin Liz Truss və ya Rişi Sunak olmasının fərqi yoxdur, çünki onlar vəzifəyə gəldikdən dərhal sonra İnqilab Keşikçiləri Korpusunu terrorçu elan etməklə İran rejiminin terror təhlükəsi ilə mübarizəyə tam hazır olduqlarını göstərməlidirlər"-deyə, Kəsra Ərabi bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar