SON XƏBƏRLƏR

OPEC: "Neft $400-ə qalxacaq"

2021.10.20, 07:36
OPEC: "Neft $400-ə qalxacaq"

Gunaz.tv
OPEC: "Neft $400-ə qalxacaq" "İyul ayının sonunda Avropa Birliyində faiz stavkaları artarsa, ABŞ dolları daha da ucuzlaşacaq. Nəticədə dünya bazarlarında xam neftin qiyməti daha da bahalaşacaq". Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) prezidenti Şakib Xəlilin dediyinə görə, yayın sonunadək dünya bazarlarında "qara qızıl"ın bir barrelinin qiyməti $170-ə çata bilər. Bundan başqa, İranla bağlı problem bu ölkədə neft hasilatının dayanmasına səbəb olarsa, neftin qiyməti $200-ü keçəcək, qısa müddətdə $400-ə yaxınlaşacaq. "Citigroup"un baş iqtisadçısı Lüis Aleksander isə hesab edir ki, neftin qiymətinin indi olduğu səviyyədən sürətlə artımına inanmır. Nigeriya və İranla bağlı geosiyasi gərginliyin səngiyəcəyi təqdirdə isə neft ucuzlaşacaq. "Merril Lynch" bankının inkişaf etməkdə olan bazarlar üzrə baş strateqi Maykl Hartnet hesab edir ki, neftin bahalaşması davam edəcək və bəlli "X" həddinə çatandan sonra ABŞ və digər iri istehlakçıların bazarda davranışları dəyişəcək. Almaniyanın "Deutsch Bank"ı isə əmindir ki, neftin qiymətləri $200 çatanda dünya iqtisadiyyatını çox ağır problemlər gözləyir: "İndiki böhran həmin problemlərlə müqayisədə bayram sayılacaq". express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar