SON XƏBƏRLƏR

Horandda görünməmiş quraqlıq: "Su qıtlığı böhran həddinə çatıb"

2021.10.20, 07:36
Horandda görünməmiş quraqlıq: "Su qıtlığı böhran həddinə çatıb"

Gunaz.tv

Zeynalabdın Mərdaniyan mahalda içməli su qıtlığının böhran həddinə çatdığını deyib.

“Bu il Hornad əhalisi ən şiddətli quraqlıq və içməli su çatışmazlığı dövrünü yaşayır. Bölgə əhalisinə içməli su cədvəl üzrə verilir və gündə 6-10 saat müddətinə bütün bölgəyə su verilməsi dayandırılır”-deyə, fərmandar bildirib.

Fərmandar problemin həlli ilə bağlı Şərqi Azərbaycan əyalətinin Regional Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza İmanlu ilə görüşdüklərini deyib.

Onun sözlərinə görə, bölgənin içməli su təminatının həllində əhəmiyyətli rol oynaya biləcək iki su təchizatı kompleksinin tikintisi uzun illərdir yarımçıq qalıb.

Mərdaniyan Horand şəhəri və kəndlərinin içməli su təminatının bir qismini təmin etmək üçün yeni quyunun qazıldığını ancaq lazimi avadanlıqların cəlb olunmadığı üçün ondan istifadə edə bilmədiklərini deyib.

“Bir müddət bundan öncəyə kimi Horandda gecə boyu su verilişi dayandırılır, gündüz saatlarında isə su kəmərlərinə 6 saat su vurulurdu. Hazırda problemin həlli üçün səyyar su tankerlərində istifadə etməyə üstünlük verilir”-deyə, fərmandar bildirib.

O, bundan öncəki illərdə də içməli su qıtlığının yaşandığını xatırladaraq, bu ilki quraqlığın olduqca şiddətli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, səyyar su tankerləri vasitəsilə əhalinin suya olan ehtiyaclarının ödənilməsi mümkün deyil və tikintisi yarımçıq qalan iki su təchizatı komplekslərinin layihəsinin başa çatdırılması üçün vəsait ayrılması olduqca vacibdir.

 

پِشتو)پایگاه خبری-تحلیلی شهرستان هوراند | فرماندار هوراند

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar