Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

2020-12-01 09:25

Azərbaycan Ordusu, dövləti və cəmiyyəti Vətən Müharibəsindən qalib çıxdı. Torpaq işğaldan azad edildi, dövlət olaraq gücümüzə güc qatıldı, cəmiyyət olaraq ...

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Ordusu, dövləti və cəmiyyəti Vətən Müharibəsindən qalib çıxdı. Torpaq işğaldan azad edildi, dövlət olaraq gücümüzə güc qatıldı, cəmiyyət olaraq məğlubluq pilləsindən zəfər yüksəkliyinə ucaldıq. Lakin bunlar asan əldə edilmədi, çətinliklər və bu çətinliklərin nəticəsində itkilər də oldu. Əsgərlər, zabitlər bu çətinliklərə sinə gərərək qəhrəmancasına döyüşdülər və şəhidlik zirvəsinə yüksəldilər.


Çətinliklərdən biri Ermənistanın xeyrinə olan təbii istehkamlar, digəri isə bu istehkam rolunu oynayan relyefə gənc əsgər və zabitlərin bələd olmaması idi. Hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynayırdı, müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı. 30 il ərzində Ermənistan hərbçiləri ərazilərə dərindən bələd olublar. Qarabağı azad edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri isə ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular.


Aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi Hikmət Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırlıq zamanı tanımadıqları yerlər barədə xəritədən məlumat əldə etsələr də, döyüşlər zamanı bu çox çətin olur: 


“Bizim köhnə zabitlərimiz də bu döyüşlərdə iştirak etdi. Həm xəritə, həm texniki imkanlarımız baxımından müəyyən koordinatları əldə etmək, ötürmək mümkün idi. Eyni zamanda, bunun üçün müəyyən olunmuş pilotsuz uçuş aparatlarımız da var. Bunlar sayəsində bu çətinliklərin öhdəsindən gələ bildik. Aprel döyüşləri zamanı dövlətdə olan müəyyən xəritələrdən istifadə edərək onların üzərində işləyirdik. Amma, təbii ki, döyüş ərəfəsində heç bir xəritədən istifadə etmək mümkün olmur. 


Ərazilərin tanınmasına görə, bir var göz yaddaşı olsun, bu bizdə yox idi. Amma ermənilərdə var idi, çünki onlar orada yaşayırdılar. Bu baxımdan çətinlik törədirdi. Onların uzun illər gördüyü xeyli işlər sayəsində quraşdırdıqları yüksək səviyyəli istehkamları çətinlik yaradırdı. Minalaşmış ərazilər baxımından da üstünlük onlarda idi. Çünki biz irəliləyirdik. Onlar da müəyyən yüksəkliklərdə özlərini qoruyurdular. Həmin yüksəkliklərin ətrafı, əraziləri minalanır. Həmin yerlər mühəndis-istehkamçılar tərəfindən yoxlanılır. Amma Vətən Müharibəsində minaya düşənlər də oldu. Döyüş vaxtı tam dəqiqləşdirmək mümkün deyil ki, hansı ərazilərdə mina var. Hər hansı hadisə baş verəndə son anda bilinir ki, orada mina var. Ancaq döyüşlər zamanı bunları dəqiqləşdirmək çox çətindir”.


Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı. Bu qələbənin kökündə dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi durur.


Və ən əsası, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu bütün proseslərdə həlledici məqam oldu, bütün döyüşlərdə özünü göstərdi. (Murad Əhməd)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - FOTOLAR və VİDEO

2021-01-23

gun az article

Ruhani: “Koronavirusun mutasiyaya uğramış növündən nigaranıq. Ölüm hallarının nə vaxt başa çatacağı bəlli deyil”

2021-01-23

gun az article

Rusiyada saxlanılanların sayı 230-a çatdı - FOTOLAR və VİDEOLAR

2021-01-23

gun az article

Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR

2021-01-23

gun az article

İranda koronavirusdan daha 69 nəfər ölüb, 6 207 nəfər yeni növ “Covid-19”a yoluxub (Rəsmi statistika)

2021-01-23

gun az article

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23

gun az article

“Twitter” qolf meydançasında Trampa qarşı terrora çağırış edən Xamneyinin hesabını bağlayıb - FOTOLAR

2021-01-23

gun az article

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

2021-01-23

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı AZALIR

2021-01-23

gun az article

GünazTV Jan.22.2021 : “Amerikanın yeni prezidenti COVİD-ə qarşı planını açıqladı”

2021-01-22

gun az article

Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB

2021-01-22

gun az article

Bijən Zəngənə: “Son günlər neft ixracatımızın həcmi kəskin artıb”

2021-01-22

gun az article

İranda koronavirusdan daha 75 nəfər vəfat edib, 6 305 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-22

gun az article

İranda daha 2 bəhai qadın həbsə məhkum edilib

2021-01-22

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı

2021-01-22

gun az article

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu – FOTO

2021-01-22

gun az article

Azərbaycanda COVID-19-dan ölüm sayı birrəqəmliyə endi

2021-01-22

gun az article

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma

2021-01-22

gun az article

Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

2021-01-22

gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21