SON XƏBƏRLƏR

Koreyalılar İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

2022.10.21, 05:42
Koreyalılar İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

Gunaz.tv

Koreyalıların İranın Seuldakı səfirliyi qarşısında eitraz aksiya keçirib. Aksiyada “bişərəf” və “Qadın, həyat, azadlıq” şüarları səslənib. Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.

Qedy edək ki, güneyli alpinist Elnaz Rekabinin dırmanma üzrə çempionatın finalında hicabsız çıxışından sonra bir müddət yoxa çıxıb.

Sözügedən aksiya ona edilən basqılardan və məcburi şəkildə İrana qaytarılması ilə bağlı xəbərlər yayılandan sonra keçirilib.

Məluamta görə, İrandakı etirazlara dəstək verən bir qrup Koreya vətəndaşı oktyabrın 19-da İranın Seuldakı səfirliyi qarşısında mətbuat konfransı keçirib.

Onlar İran rejimindən beynəlxalq yarışa qatılan alpinist Elnaz Rekabinin məcburi şəkildə İrana qaytarılmasına izah verməyi tələb ediblər.

Bəzi etirazçılar da saçlarını kəsərək zərfə qoyub səfirlik binasına göndəriblər.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar