SON XƏBƏRLƏR

Hormozqan əyalətində 6 bal gücündə zəlzələ baş verib

2022.03.17, 07:13
Hormozqan əyalətində 6 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

İranın rəsmi televiziyasının yaydığı məlumatda bildirilir ki, yeraltı təkanlar bu gün yerli vaxtla səhər saat 02:45-də Hormozqan əyalətinin Bəstək şəhərində qeydə alınıb. 

Hormozqan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Mehrdad Həsənzadə ilkin məlumatlara görə, bir sıra evlərin dağıldığı və xəsarəet aldığı barədə məlumatlar daxil olduğunu, ancaq insan itkisinin qeydə alınmadığını deyib.

zəlzələ nəticəsində elektrik naqillərinə ziyan dəydiyi və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində problemlər yarandığı bildirilir.

Yerli medianın məlumatına görə, zəlzələdən sonra bölgə əhalisi evlərini tərk edib. Küçə və parklarda gecələyiblər.

Açıklama yok.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar