Koronavirus təhlükəsinə baxmayaraq Təbrizdə  cümə namazı Keçirilir

2020-06-19 12:55

Təbriz şəhərinin koronavirusun yayılması səbəbindən “qırmızı” vəziyyətdə olmasına baxmayaraq bu Şəhərdə cümə namazı keçiriləcək.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Təbriz Tibb Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Qrupunun rəisi Simin Xəyyatzadə məlumat verib. Xəyyatzadə bu qərarın iki həftə öncə təhlükənin daha az olduğu vaxtda alındığını bildirib.

 

 

O,  namazda iştirak edənləri sosial məsafəni riayət etməyə, tibbi maska taxmağa çağırıb.

 

 

Xəyyatzadə son günlərdə Şərqi Azərbaycanda koronavirus infeksiyasının qurbanlarının sayının artdığını da bildirib.

“İki həftə əvvələ qədər Şərqi Azərbaycanda koronavirusun yayılması xəbərdarlıq səviyyəsində (sarı) idi, lakin təəssüflə hazırda qırmızı səviyyəyə çatıb,” deyə o əlavə edib.

 

 

Əyalətdə orta hesabla götürülən koronavirus təstlərinin 30 faizinin pozitiv çıxdığını deyən rəsmi əlavə edib ki, Şərqi Azərbaycanda koronavirusa yoluxanlardan 4 faizi dünyasını dəyişir.

 

 

O, həmçinin qeyd edib ki, son günlərdə koronavirusa yoluxanların, eləcə də xəstəlikdən ölənlərin sayında artım müşahidə olunur. Xəyyatzadənin sözlərinə görə, infeksiya qurbanlarının arasında gənclər də var.

 

 

Qeyd edək ki, iyunun 17-də Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi Təbriz şəhərində koronavirusla bağlı məhdudiyyətlərin yenidən tətbiq edilməyə başlanıldığını, şəhər daxilində sərnişin daşıyan avtobusların fəaliyyətinin dayandırıldığını bildirmişdi.

İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Məqsud Fəzli Çimənzəmin sərbəst buraxılıb

2020-08-02

gun az article

Güney azərbaycanlı fəal Davud Şiri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

2020-08-02

gun az article

Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02

gun az article

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

2020-08-02

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-08-02

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Mühaciri həbs cəzasına məhkum edilib

2020-08-02

gun az article

GünazTV Aug.01.2020: “Güney Azərbaycana ədalət!-Azərbaycanlılar Vaşinqtonda Iran rejiminin siyasi həbslərinə etiraz etdilər”

2020-08-01

gun az article

Həmədan əyalətində koronavirusdan ölənlərin sayı 369 nəfərə çatıb

2020-08-01

gun az article

Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib

2020-08-01

gun az article

İranın təhlükəsizlik qüvvələri söküb aparıqları mərhum azərbaycanlı fəalın məzar daşını əvvəlki yerinə qaytarıblar

2020-08-01

gun az article

Təbrizdə “Sepah” kazarmasında baş verən partlayışla bağlı ziddiyyətli xəbərlər yayılır

2020-08-01

gun az article

Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub

2020-08-01