SON XƏBƏRLƏR

Sosial mediada siyasi məhbus Ruzbeh Piriyə dəstək videosu yayılıb

2022.03.04, 07:37
Sosial mediada siyasi məhbus Ruzbeh Piriyə dəstək videosu yayılıb

Gunaz.tv

“Güney Azərbaycanın övladlarını həbs etməklə Azərbaycanın tələbləri unudulmayacaq”- Ruzbeh Piri ilə bağlı yayılan qısa videoda belə deyilir.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.  

“Təbriz” tələbə jurnalının baş redaktoru, "Müstəqil Tələbələrin İslam Cəmiyyəti" təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar