SON XƏBƏRLƏR

Mossad SEPAH zabitini İran ərazisində həbs edərək dindirib

2022.05.01, 20:38
Mossad SEPAH zabitini İran ərazisində həbs edərək dindirib

Gunaz.tv

Bu barədə İsrail mediası məlumat yayıb.

İnternetdə yerləşdirilən videoda İrandan kənarda terror əməliyyat şəbəkəsi yaratmaq üçün göndərilən SEPAH üzvü Mənsur Rəsulinin İsrail kəşfiyyat xidməti (Mossad) tərəfindən tutularaq dindirildiyi bildirilir.

İsrail qəzetləri bir səs yazısı yayaraq bildiriblər ki, ölkənin kəşfiyyat orqanı "Mossad" zabitləri 3 nəfərə sui-qəsddə əli olan SEPAH-ın Qüds qanadının agenti Mənsur Rəsulini İran ərazisində həbs edərək dindiriblər.

Səs yazısında Rəsuli deyir ki, İran hökuməti tərəfindən İsrailin Türkiyədəki səfirliyinin diplomatını, Almaniyada bir Amerika generalını və Fransada bir jurnalisti öldürməklə görəvləndirilib.

Qeyd edək ki, video görüntünün yayılmasından sonra İsrail mediası yeni məlumatlar yayaraq dindirmənin 5 ay öncə İranda  həyata keçirildiyini yazıb.

“52 yaşlı Rəsul Mənsuri Rza oğlu, Mossad mənurlarına İrandan qıraqda 3 terror əməliyyatını həyata keçirmək üçün hazırlıq gördüklərini etiraf edib”-deyə, İsrail televizyası məsələ ilə bağlı yayınladığı son məlumatda bildirib.

Daha öncə bununla bağlı yayılan xüsusi məlumatlara görə, Sepah-ın Qüds qanadı narkotik qacaqmalçılarından istifadə edərək Türkiyə, Almaniya və Fransada üç terror aktı törətmək niyyətində olub. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar